Daha 2 şagird və 7 məktəb işçisi koronavirusa yoluxub

Daha 2 şagird və 7 məktəb işçisi koronavirusa yoluxub
Sosial 914

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən BAKU.WS-ə bildirilib ki, 10 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub.

İbtidai siniflərdə oxuyan 2 şagird koronavirusa yoluxub.

Virusa yoluxmuş işçi heyətinin sayı 7 nəfərdir.

Məktəbəqədər hazırlıq qruplarında təhsil alanlar arasında virusa yoluxan qeydə alınmayıb.

Qeyd edək ki, əyani dərslərdə iştirak edən şagirdlərin sayı 285 564 nəfər olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər