COVID-19-a qarşı peyvənd olunan şəxslər 1 gün sonra qan verə bilərlər - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Mərkəzi Qan Bankı koronavirus əleyhinə vaksin vurduran donorların ən tez nə zaman qan verə biləcəkləri ilə bağlı məsələyə aydınlıq gətirib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bankdan verilən məlumata görə, Azərbaycanda tətbiq olunan peyvənd “CoronaVac” inaktiv virus vaksinidir.
“İnaktiv virus vaksini tətbiq olunmuş donorlarda temperatur, halsızlıq, əzələ ağrıları və s. kimi şikayətlər olmadığı təqdirdə və donorlar özlərini yaxşı hiss edərlərsə, vaksinasiyadan 1 gün sonra qan verə bilərlər. Əks halda donorlarda peyvəndə bağlı halsızlıq əlamətləri və digər şikayətlər olarsa, 1 həftə gözləmək tövsiyə olunur”, - Mərkəzi Qan Bankından bildirilib.
Oxşar xəbərlər
Vaksinasiyadan bir müddət sonra hansısa fəsadlar olur? - Professordan AÇIQLAMA
Artıq bütün dünyada yayılan COVİD-19 infeksiyası bir ilə yaxındır ki, bizim ölkəmizdə də mövcuddur və keçən il fevralın sonunda ilk koronavirus daşıyıcıları qey...