Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək

Sosial şəbəkələrdə fevral ayının 1-dən etibarən marketlərdə çörəyinin qiymətinin artımı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Report"un xəbərinə görə, çörək istehsal edən tanınmış şirkətlərdən biri yeni çeşiddə məhsulu istehsala buraxacaq. Belə ki, marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı, fevral ayının 1-dən etibarən yeni çəkidə, yeni qiymətə - 65 qəpiyə 620 qramlıq zavod çörəyi ikinci çeşid kimi tədarük olunacaq.
Bütün bunlar onu göstərir ki, əslində sosial şəbəkələrdə qiymət artımı barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Söhbət yalnız yeni çeşiddə çörəyin satışa çıxarılmasından gedir.
Oxşar xəbərlər
Sabah hansı ərazilərə yağış yağacağı, dolu düşəcəyi məlum oldu
İyulun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Bu barədə BAKU.WS-ə Milli Hidromet...