COP29 zamanı bağçalar işləyəcək? - Nazir cavab verdi
Bu ilin noyabrında Azərbaycanda keçirilən COP29 zamanı bağçaların fəaliyyət göstərməsinin tərəfdarıyıq.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev danışıb.
Onun sözlərinə görə, işləyən analar üçün bağça önəmlidir: "Ona görə də bağçalar həmin ərəfədə fəaliyyətini davam etdirəcək. Sadəcə xüsusi hallarda ümumi prosesin fəaliyyəti üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər. Çünki normalda bağçalarda məcburi davamiyyət yoxdur. Misal olaraq, adətən valideynlər məzuniyyətə gedirsə övladlarını özləri ilə götürür. Amma ümumilikdə tədbir müddətində bağçaların fəaliyyət göstərməsi nəzərdə tutulur".
Oxşar xəbərlər
Xəzərdə insanların batma təhlükəsi daha çox olan ərazilər - SİYAHI
Xəzər dənizində çimənlər üçün təhlükəli hesab olunan bir sıra ərazilərin adları açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN)...