COP29-un Könüllülük Proqramına 16 mindən çox şəxs müraciət edib

COP29-un Könüllülük Proqramına 16 mindən çox şəxs müraciət edib
Sosial 79

Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üçün Könüllük Proqramında iştirak etmək istəyən 16 min 566 nəfər qeydiyyatdan keçib.

BAKU.WS xəbər verir ki, bu barədə “Report”a COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, COP-un könüllüsü olmaq üçün 29 may - 5 iyun tarixlərində qeydiyyat elan edilib. Bu prosesdən sonra potensial namizədlər əvvəlcə müraciət portalında qeyd edilən tələblərə uyğun qiymətləndirilərək seçimlərə qatılacaqlar. Uğur qazanan namizədlər bacarıq və səriştələrinin artırılması, həmçinin rol təlimlərinə cəlb olunacaqlar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər