COP29 üçün hansı küçə və prospektdə çəkilən zolaqlar avtobus zolağına çevrilib?
Paytaxda bəzi küçə və prospektlərdə COP29 zolağı qüvvədən düşsə də, bəzi ərazilərdə həmin zolaq avtobusların istifadəsinə verilib.
Bu, o deməkdir ki, digər nəqliyyat vasitələri həmin zolağa daxil ola bilməz. Belə ərazilərdən biri Neftçilər prospektidir. Burda prospektin hər iki istiqamətində tədbirdən qabaq çəkilən COP29 zolağından ictimai nəqliyyat istifadə edir.
Yerüstü Nəqliyyat Agentliyindən o da bildirildi ki, ayın 25-nə qədər həmin zolaqların çoxu qüvvədən düşdüyü üçün zolaqlar silinib, 5.9 yol nişanı da ərazidən götürülüb.
Sürücülərin əksəriyyəti isə həmin zolağın ictimai nəqliyyata verilməsindən xəbərsizdirlər.
Oxşar xəbərlər
Azərbaycanda müharibə iştirakçılarının qruplaşdırılması təklif olunur
Azərbaycanda müharibə iştirakçıları qruplaşdırılmalı, döyüşlərdə qısa və uzun müddət iştirak etmiş şəxslər arasında fərq qoyulmalıdır. BAKU.WS report-a istinadə...