COP29 baş danışıqçısının müavini: Paris Sazişinin 6-cı maddəsi üzrə bir çox razılaşmalar əldə olunub

COP29 çərçivəsində Paris Sazişinin 6-cı maddəsi üzrə bir çox razılaşmalara nail olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu COP29 baş danışıqçısının müavini Samir Becanov COP29 sədrliyinin mətbuat konfransında bildirib.
"Tərəflərin təqdim etdiyi vədlər və hesabatlar, xüsusilə enerjinin saxlanma həcmlərinin 6 dəfə artırılmasının zəruriliyi müsbət qiymətləndirilib", - o qeyd edib.
S.Becanov, həmçinin deyib ki, bu gün COP29 çərçivəsində tərəflərin iqlim dəyişikliyinin nəticələri ilə mübarizədə texnologiyalardan istifadə etməsinin məcburi olacağı Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunub:
"Bəyannamə artıq 90-dan çox hökumət və rəqəmsal texnologiya cəmiyyətinin 1000 nümayəndəsi tərəfindən dəstəklənib".
Oxşar xəbərlər
"Glow Girls" təşəbbüsü: Yaradıcılıqdan real həllə – tələbələrin sosial məsuliyyət layihəsi
Ülkər Əhmədzadə Frankfurt (Oder) – Cəmi 10 avro ilə real bir sosial problemi həll etmək mümkündürmü? Avropa Universiteti Viadrina-da keçirilən Creativity and En...
