Moskva Dövlət Universitetinin Bakı filialı vakansiya elan edir

Moskva Dövlət Universitetinin Bakı filialı vakansiya elan edir
Sosial 2735

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı vakansiya elan edir.

BAKU.WS xəbər verir ki, bu barədə Azərtac-a MDU-nun Bakı filialından məlumat verilib. Vakant olan vəzifələr haqqında məlumatı təqdim edirik:

Riyaziyyat, Filologiya, Fizika, Psixologiya fakültələri üzrə dekan müavinləri

İş barədə məlumat:

• Tədris-tərbiyə və elmi işlərin gedişinə rəhbərlik edir;

• Tədris prosesinə, tələbələrin ixtisas üzrə təcrübəsinə, tədrisin keyfiyyətinə nəzarət edir;

• Müəllimlərin tədris məşğələlərində iştirak edir və onlara metodiki kömək göstərir;

• Semestr imtahanlarının keçirilməsində iştirak edir;

• Fakültədə, kafedralarda tədris prosesi ilə bağlı işlərin təşkilini təmin edir;

• Tələbələrin tədris, tərbiyə və elmi fəaliyyətini istiqamətləndirir.

İş qrafiki: 6 günlük

• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

Namizədlərə aid tələblər:

• Profilə uyğun baza təhsili;

• Elmi dərəcə və elmi ad;

• 3 il elmi-pedaqoji staj;

• MS Office (sərbəst işləmə bacarığı);

• Azərbaycan və rus dillərini bilməsi zəruridir.

Riyaziyyat, Fizika, İqtisadiyyat, Kimya fakültələri üzrə dispetçerlər

İş barədə məlumat:

• Ali təhsil müəssisəsində hazırlanan ixtisaslar üzrə mövcud tədris normaları və illik tədris yükü əsasında dərs cədvəllərini nizamlamaq;

• Hər bir fakültədə mühazirə, seminar, praktik (laborator) məşğələlər və imtahanlar üçün auditoriyaları müəyyənləşdirmək və onları dərs cədvəllərində, imtahan günlərində nəzərə almaq;

• Tələbələrin davamiyyəti, semestr boyu qiymətləri və imtahan nəticələri barədə fakültə dekanını məlumatlandırmaq və tədris-metodiki şöbəyə məlumatları vermək;

İş qrafiki: 6 günlük

• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

Namizədlərə aid tələblər:

• Ali təhsil (bakalavr və ya magistr)

• Yaş: 21 - 50

• MS Office (sərbəst işləmə bacarığı);

• Azərbaycan və rus dillərini bilməsi zəruridir.

• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.

Vakansiya ilə maraqlanan şəxslər Azərbaycan və ya rus dilində şəkilli CV-lərini məktubun mövzusuna müraciət edəcəyi vəzifənin adını qeyd etməklə [email protected] mail ünvanına yanvarın 30-dək göndərə bilərlər.

Son xəbərlər