İşçi axtarılır - İllik maaş 60 min manat
Bukingem sarayı Kraliça II Elizabetin Tvitter səhifəsinin idarə edilməsi üçün işçi axtarır.
BAKU.WS publika.az-a istinadən xəbər verir ki, artıq kraliçanın rəsmi saytında bu barədə məlumat yayılıb.
Belə ki, Kraliçanın 2.77 milyonluq izləyicisinin olduğu Tvitter səhifəsini idarə edəcək şəxsə ildə 30 min sterlinq (təxminən 60 min manat) veriləcək. Həmin şəxs Kraliyyat ailəsi ilə bağlı məlumatları rəsmi Tvitter səhifəsində yayacaq, həmçinin yutub və feysbuk səhifələrini də idarə edəcək. Həmçinin rəsmi görüşlər barədə də məlumat paylaşacaq.
İşə qəbul ediləcək şəxslə ildə 30 min sterlinqlə yanaşı, 15 faizlik təqaüd payı, fərdi inkişaf təhsillərini də ehtiva edən əhatəli bir fayda paketi vəd edilir. Namizəddən ali təhsil, veb-sayt idarə edilməsində təcrübəsi, yaradıcılıq qabiliyyəti, foto və video məsələlərində məlumatlılıq tələb edilir.
Kraliçanın 2016-cı ilin aprel ayında da sosial media redaktoru axtardığı açıqlanmışdı.
BAKU.WSOxşar xəbərlər
Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsinə başlanıldı
Sürücülük vəsiqəsinin verilməsi ilə bağlı «Yol hərəkəti haqqında» qanuna edilən əlavələr və dəyişikliklər artıq tətbiq olunur. Belə ki, sürücülər öz istəklərinə...