Çörəyin qiyməti yenidən bahalaşacaq? - AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Alternativ bazar əlavə xərc deməkdir. Bu məsələdə logistik xərcləri xüsusi qeyd etmək olar. Bütün bunların çörək və unun qiymətinin bahalaşmasına səbəb olma ehtimalı hər kəsi düşündürür.
BAKU.WS xəbər verir ki, İTV-də yayımlanan "Diqqət mərkəzi" verilişində qonaq olan Ağrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bu sualı cavablandırıb.
Onun sözlərinə görə, bahalaşma prosesi bütün dünyada başlayıb: "Azərbaycanda bu günə qədər bahalaşmanın bir mərhələsini geridə qoymuşuq. 350 dollar civarında buğda istehlakından olan qiymət səviyyəsinə görə qiymətlərdə artım getdi. Bu, təbii bir prosesdir.
Bu gün Qazaxıstan bəzi zavodlara sosial çörək kompensasiyası verir. Rusiya da dünyanın bir nömrəli ixracatçısı olmasına baxmayaraq, bu ölkədə də çörəyin qiymətində artım templəri olub. Ona görə bu məsələ dünya bazarına bağlı olan məsələdir.
Azərbaycan dövləti ölkə və vətəndaşın ərzaq ehtiyacını təmin etmək üçün əlavə xərclər çəkib və bundan sonra da bunu həyata keçirəcək".
Oxşar xəbərlər
Azərbaycanda un və çörəyin qiymətlərinin yuxarı hədləri müəyyənləşdirildi - RƏSMİ
Son dövrdə dünyada baş verən iqtisadi proseslərin və COVID-19 pandemiyasının təsirləri, 2021-ci il ərzində dünya bazarlarında ərzaqlıq buğdaya tələbin artması v...