Çörəyi qurtaran vətəndaşa polis belə kömək etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edən vətəndaş polisdən çörək istəyib.
Bu barədə BAKU.WS-ə DİN-dən məlumat verilib.
Bildirilib ki, Xətai rayon İnqilab İsmayılov 16 ünvanında yaşayan paytaxt sakini Nail Şirinov iri rayon və şəhərlərdə tətbiq edilən sərt karantin rejimi ilə əlaqədar mağazaların bağlı olduğunu, evdə digər ərzaq məhsullarının olmasına baxmayaraq ailəsinin çörəyə ehtiyacının yarandığını bildirib.
Dərhal ərazi üzrə Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşın mənzilinə gedilib və müraciət edən ailə çörəklə təmin olunub.
Nail Şirinov ona göstərilən bu diqqətə görə polislərə təşəkkürünü bildirib.
Oxşar xəbərlər
Çörək yenə açıq satılır - KORONAVİRUS BİTDİ?..
Koronavirusla bağlı ciddi karantin rejiminin tətbiq olunduğu mart və aprel aylarında mağazalarda çörək satışında nizam-intizam yaradılmışdı. Açıq şəkildə bişiri...