Çörək sexində iyrənc mənzərə - FOTO

Çörək sexində iyrənc mənzərə - FOTO
Foto
Sosial 198

Gədəbəy rayonu, Novosaratovka kəndində fəaliyyət göstərən, Həsənov Mahir Məhərrəm oğluna məxsus çörək istehsalı müəssisəsində qayda pozuntuları aşkar edilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, yoxlama zamanı çörək istehsalı müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin, sanitar norma və qaydaların kobud şəkildə pozulduğu müəyyən olunub.

Belə ki, müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qeyri-qənaətbəxş olduğu, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyətin dövri olaraq tibbi müayinədən keçmədiyi və xüsusi gigiyenik geyimdən istifadə etmədiyi müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

55 obyektdə pozuntular aşkarlanıb

55 obyektdə pozuntular aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş...

287 Sosial 17:56 11 fevral 2021

Son xəbərlər