"Çermet" körpüsünün alt hissəsində hərəkət birtərəfli olacaq - FOTO

Çermet körpüsünün alt hissəsində hərəkət birtərəfli olacaq - FOTO
Foto
Sosial 837

Bakının Əliyar Əliyev küçəsində aparılan təmir işləri çərçivəsində yol hərəkətinin təşkilində müəyyən dəyişikliklər edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, vətəndaşların çoxsaylı şikayətləri nəzərə alınaraq Əliyar Əliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsi ("Çermet" körpüsünün alt hissəsi) təhlil edilərək yenidən layihələndirilib.

Layihəyə əsasən kəsişmədə yerləşən dairə ləğv edilib;

Nəqliyyat vasitələrinin hərəkəti adacıqlar vasitəsilə kanallaşdırılıb;

Körpünün alt hissəsində hərəkət birtərəfli təşkil edilib;

Ərazidə müvafiq yol nişanları quraşdırılıb.

Dəyişiklik ərazidə yol hərəkəti təhlükəsizliyinin artırılması ilə yanaşı, sürücülərin lüzumsuz qayda pozmalarının da qarşısını almağa imkan verəcək. Sürücülərə hərəkətin yenidən təşkili ilə bağlı daha diqqətli olmaları və qaydalara riayət etmələrini tövsiyə edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu küçədə yol qovşağının yaradılması işləri yekunlaşır - FOTO

Bu küçədə yol qovşağının yaradılması işləri yekunlaşır - FOTO

Bakı şəhərində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına...

277 Sosial 16:24 07 avqust 2020

Son xəbərlər