Ceyhun Bayramov və Teymur Musayev 20 Yanvar şəhidlərinin xatirəsini anıblar

Ceyhun Bayramov və Teymur Musayev 20 Yanvar şəhidlərinin xatirəsini anıblar
Sosial 98

Xarici işlər naziri Ceyhun Bayramov və səhiyyə naziri Teymur Musayev 20 Yanvar şəhidlərinin xatirəsini anıblar.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, onlar Şəhidlər xiyabanına gəliblər.

Onlar şəhidlərimizin xatirəsini ehtiramla yad edib, məzarları önünə əklil və gül dəstələri qoyublar.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı hadisələrdən 36 il ötür. 36 il bundan əvvəl Azadlıq meydanına və paytaxtın bir sıra küçələrinə yeridilən Sovet qoşunları öz silahlarını, ağır texnikasını dinc sakinlərə, əliyalın istiqlalsevərlərə qarşı yönəldərək Bakıda qırğınlar törədib.

Son xəbərlər