Cəlilabadda qar yağışı nəqliyyatın hərəkətində problemlər yaradıb
Qarlı hava şəraiti Cəlilabad rayonunda nəqliyyatın hərəkətində qismən problemlər yaradıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, qar yağışı nəticəsində Cəlilabad-Yardımlı avtomobil yolunun Cəlilabadın dağlıq kəndləri olan Musalı, Ləkin, Əsədli, Şatırlı, Buravar, Kövuzbulaqdan keçən hissəsində nəqliyyatın hərəkəti çətinləşib.
Hazırda sözügedən yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları tərəfindən qar örtüyündən təmizlənir.
Qeyd edək ki, Cəlilabad rayonunun dağlıq kəndlərində qar yağmaqda davam edir. Hazırda qarın hündürlüyü sözügedən kəndlərdə 15 sm-ə, dağlarda isə 20 sm-ə çatır.
Oxşar xəbərlər
Sökülən obyektlə bağlı qalmaqal yarandı - Tikinti şirkəti vətəndaşın mülkünü dağıdıb
Cəlilabad rayon sakini, 36 yaşlı Nəriman Həsənov ona məxsus qeyri-yaşayış sahəsinin qanunsuz şəkildə dağıdıldığını bildirir. Baku TV-nin qaynar xəttinə müraciət...