Cəlilabadda çörək istehsalı müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Cəlilabad şəhəri, M.Hüseyn küçəsində fiziki şəxs İsmayılov Cavid Yədulla oğluna məxsus çörək istehsalı müəssisəsində aparılan yoxlama zamanı ciddi nöqsanlar aşkarlayıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda, məhsulların qablaşdırılmadan və etiketlənmədən satışa çıxarıldığı, sanitar-gigiyenik tələblərin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, sahibkar barəsində inzibati protokol tərtib edilib, istehsal müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Qalereya
Oxşar xəbərlər
Bakı sakinləri Yeni ili harada qarşılayacaqlar? - SORĞU
Yeni il dedikdə təkcə bayram deyil, həmçinin yeni arzular, istəklər, məqsədlər, planlar nəzərdə tutulur. Oxu.Az paytaxt sakinləri arasında sorğu keçirib. Onlar...