Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
Cəlilabad Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi həyata keçirilib.
BAKU.WS milli.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Rafiq Cəlilov əmr imzalayıb.
Əmrə əsasən, Elvin Əmirov struktur dəyişikliyi nəticəsində ləğv edilən Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsindən azad edilib.
O, yeni yaradılan Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri təyin edilib.
Qeyd edək ki, E.Əmirov 2023-cü ildən Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışırdı. Daha əvvəl isə İnformasiya təminatı və təhlili sektorunun müdiri işləyib.
Oxşar xəbərlər
Azərbaycanda 100-dən çox məktəb bağlanacaq, şagirdlər distant təhsilə keçəcək - DETALLAR
Azərbaycanda 2026–2027-ci tədris ilindən etibarən ümumtəhsil sahəsində yeni model tətbiq olunacaq. BAKU.WS-in məlumatına görə, bu çərçivədə ölkənin bir sıra mə...