AYNA-dan vətəndaşın narazılığına CAVAB
"Yol hərəkəti haqqında" Qanunun müvafiq bəndinə əsasən nəqliyyat vasitəsinin parklanması üçün təşkil edilmiş parklanma yerlərinin sərhədlərinin pozulması yolverilməzdir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, görüntülərdəki avtobus 3 parklanma yerini tutduğu üçün parklanma qaydalarını pozur.
***16:14
Bakıda avtobusunu park edən vətəndaş problemlə üzləşib.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Vətəndaş iddia edir ki, Xətai rayonu, Xocalı prospektində avtobusu park etdikdən sonra Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşı ona bunun qanunsuz olduğunu deyib:
"AYNA əməkdaşı mənə deyir ki, sənin maşınının çəkisi 9 tondan artıqdır. Onu burada saxlaya bilməzsən. Mən başa düşmürəm, 9 tondan çox olan nəqliyyat vasitələri havada dayanmalıdır? Bunu sürən marketə getmir?".
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu
27 yaşlı İlkin İsgəndərli 2024-cü ildə tələbə yoldaşının toyuna qatılmaq üçün Ağdaş rayonuna gedib. Lakin o, toy mərasimindən sonra evinə qayıtmayıb. BAKU.WS Ba...