“Cahan Holdinq” Türkiyənin zəlzələ bölgəsinə 40 tona yaxın yardım göndərdi

“Cahan Holdinq” Türkiyənin zəlzələ bölgəsinə 40 tona yaxın yardım göndərdi
Foto
Sosial 84

Naxçıvan Muxtar Respublikasının və Azərbaycanın qabaqcıl şirkətlərindən olan “Cahan Holdinq” 9 fevral, 2023-cü il tarixində Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara dəstək məqsədilə 40 tona yaxın yardım göndərib.

Qardaş Türkiyədə 6 fevral, 2023-ci il tarixində baş vermiş güclü zəlzələdən əziyyət çəkən bacı və qardaşlarımıza çətin gündə dəstək olmaq məqsədilə hər kəs kimi “Cahan Holdinq”in sıravi işçiləri və rəhbər heyəti də səfərbər olaraq insanların gündəlik istifadəsi üçün lazım olan ləvazimatlar, qida, qış geyimləri və soyuq hava şəraitində istifadə olunan digər ləvazimatlar toplayıblar.

Toplanmış yardım TİR-lar vasitəsilə Naxçıvan şəhərindən Türkiyəyə yola salınıb.

“Cahan Holdinq” heyəti zəlzələdə həyatlarını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa, türk xalqına səbr diləyir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Türkiyədəki Azərbaycan diasporu zəlzələdən zərərçəkənlərə yardım edib

Türkiyədəki Azərbaycan diasporu zəlzələdən zərərçəkənlərə yardım edib

Türkiyədə zəlzələ baş verən ilk gündən etibarən bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları zərərçəkənlərə yardım kampaniyalarında fəal iştirak...

35 Sosial 10:31 11 fevral 2023

Son xəbərlər