C6 formatı çərçivəsində müasir hərbi-texnoloji bazanın yaradılması təklif olunur
"Dünya sürətlə regionallaşmaya doğru gedir və bu mürəkkəb dövrdə region ölkələri vahid mövqedən çıxış etməlidir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti yanında Milli Qurultayın üzvü Talqat Kaliyev bu gün Bakıda keçirilən "C6: Vahid region, ortaq gələcək" mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, region ölkələri ya masa ətrafında əyləşəcək, ya da "menyuda olacaq".
"Liderlərimiz çoxdan anlayıblar ki, biz masa ətrafında əyləşməli və öz gündəliyimizi diktə etməliyik. Azərbaycan və digər region ölkələrinin Avropa İttifaqı (Aİ) ilə münasibətlərdə yeni strategiya yürütməsinin vaxtı çatıb. Resursları sadəcə xammal kimi satmaq yox, onları ən müasir texnologiyalarla mübadilə etmək lazımdır. Regionun nadir torpaq metalları və insan kapitalı Avropanın istehsal gücləri üçün alternativ platforma ola bilər".
Qazaxıstanlı nümayəndə qeyd edib ki, region ölkələri əsgər həyatını riskə atmamaq üçün robototexnika sahəsində birgə çalışmalıdır:
"Türkiyənin PUA istehsalındakı təcrübəsi və Çinin süni intellekt uğurlarını öyrənərək ortaq hərbi layihələr icra edilməli və C6 formatı çərçivəsində müasir hərbi-texnoloji bazanın yaradılması prioritet olmalıdır".
Oxşar xəbərlər
Sabaha 23° isti gözlənilir
Fevralın 19-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəra...