Bütün şəhərlərimizdə yüksək sürətli internet olacaq - AÇIQLAMA

Bütün şəhərlərimizdə yüksək sürətli internet olacaq - AÇIQLAMA
Sosial 176

“Yaxın illərdə Azərbaycanda bütün şəhərlər yüksək sürətli internetlə təmin ediləcək”.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev jurnalistlərə açıqlamasında deyib.

“5G texnologiyalarından istifadə də qarşıya hədəf kimi qoyulub. Rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi üçün müəyyən amillər gərəkdir.

Bura rəqəmsal infrastrukturun təmin edilməsi, yüksək sürətli, əlçatan internetin ölkəmizi tam olaraq əhatə etməsi daxildir ki, qarşımıza hədəf qoymuşuq. Bu sahədə kifayət qədər işlər görülüb.

Rəqəmsal iqtisadiyyatın inkişafı üçün digər məsələlər maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, ventur kapitalı, həmçinin startapların maliyyələşdirilməsi üçün müvafiq şəraitin yaradılmasıdır”, - deyə o qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...

5668 Sosial 18:28 08 fevral 2022

Son xəbərlər