Bütün dünyada qadağan olunan telefonlar Bakıda açıq satışda (VİDEO,FOTO)
Dünya şöhrətli Samsung şirkəti "Galaxy Note 7" telefonlarının sahiblərinə təcili çağırış edib. Onlara tövsiyə olunur ki, akkumulyatorundakı problemlə əlaqədar telefonu dərhal söndürüb aldıqları mağazaya geri qaytarsınlar.
BAKU.WS-in məlumatına görə, bu xəbərdarlıqlara baxmayaraq Azərbaycanda həmin telefonların açıq satışı həyata keşirilir. Xüsusilə, elan saytlarında "Galaxy Note 7" smartfonları alıcılara 1600-1700 manat arasında təklif olunur.
Maraqlısı ondadır ki, şirkət telefonların partlama ehtimalını nəzərə alaraq kompensasiya ödənişi edir və telefonları geri alır. Ancaq Azərbaycanda bu prosedur deyəsən işləmir. Hətta bəzi işbazlar insan həyatı üçün təhlükə yaradan telefonları açıq satışa çıxarıb.
Qeyd edək ki, Samsung şirkətinin rəsmi saytında da telefonun satışı ilə bağlı məlumat yerləşdirilib. Məlumatda deyilir: "Bütün müştərilərimizə mübadilə proqramından faydalanmağı təkidlə tövsiyə edirik. Çünki sizin təhlükəsizliyiniz bizim üçün başlıca prioritetdir. Galaxy Note 7-nin satışı və təchizatı artıq dayandırılıb. Ancaq əgər siz artıq həmin qurğudan almısınısza, onda onu dəyişdirməyinizi israrla tövsiyə edirik".
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
AZAL "Galaxy Note 7" smartfonlarının daşınmasını tam qadağan edib
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) reyslərində "Samsung Galax Note 7" smartfonların əl yükündə və qeydiyyatdan keçən baqajda daşınması qadağan olur. AZAL...