“Buta Airways” Kiyevə uçuşları ləğv edib

“Buta Airways” Kiyevə uçuşları ləğv edib
Sosial 78

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi “Buta Airways” aviaşirkəti martın 3-də Bakıdan Kiyev şəhərinə həyata keçirilməli olan uçuşu ləğv edib.

Bu barədə BAKU.WS-ə şirkətdən bildirilib.

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Ukraynada davam edən qeyri-sabit vəziyyətlə əlaqədar martın 3-nə planlaşdırılan Bakı-Kiyev-Bakı marşrutu üzrə sərnişin reysini ləğv etdiyini açıqlayıb.

Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişə və ya cərimə tətbiq edilmədən aviabiletləri geri qaytara bilərlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər