Buraxılış və qəbul imtahanlarının keçirilmə qaydası məlum oldu

Buraxılış və qəbul imtahanlarının keçirilmə qaydası məlum oldu
Sosial 175

Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarının keçirilmə tarixlərini və qaydasını açıqlayıb.

BAKU.WS xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib ki, magistratura səviyyəsinə qəbul imtahanı fevralın 28-də keçiriləcək.

"Builki imtahanların keçirilməsi qaydası müəyyənləşib. Ötən il olduğu kimi bu il də imtahan binaları dezinfeksiya olunacaq.

Binalarda say həddinə və sosial məsafəyə riayət ediləcək. İmtahan iştirakçıları imtahan zallarında hər partada bir nəfər olmaqla əyləşdiriləcək.

Dezinfeksiyaedici məhlul, əlcək və tibbi maskadan istifadə ediləcək.

M. Abbaszadə əlavə edib ki, ali məktəblərə qəbul imtahanı (2-ci şans) iyul ayı ərzində olacaq.

Rezidenturaya qəbul imtahanı (1-ci mərhələ, 2-ci şans) avqust ayı ərzində olacaq. Sentyabr ayı ərzində buraxılış imtahanı (payız təkrar), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi, rezidenturaya qəbul imtahanı (2-ci mərhələ) keçiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Təhsil müəssisələrində tədris prosesinin təşkilinin müvəqqəti Qaydaları təsdiqlənib

Təhsil müəssisələrində tədris prosesinin təşkilinin müvəqqəti Qaydaları təsdiqlənib

Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşki...

4596 Sosial 21:09 10 sentyabr 2020

Son xəbərlər