Buraxılış imtahanında suallar niyə çətin olub? - DİM rəsmisi cavab verdi - VİDEO

"İki imtahanda 100 mindən çox şagird iştirak edib. Onların içindən min nəfər belə narazılıq etsə, bu, bir faiz edir. Bizim əlimizdə rəsmi rəqəmlər yoxdursa, imtahanın çətin olması barədə fikir bildirmək subyektiv olacaq".
BAKU.WS xəbər verir ki, bu sözləri İTV-də yayaımlanan "Sabaha saxlamayaq" verilişində qonaq olan DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev bildirib.
O əlavə edib ki, imtahanda müsabiqə elementi varsa, iştirakçıların hamısının sıralanması məqsədi var: "Sıralanma üçün isə imtahanın məzmunu geniş olmalıdır. Heç kim deyə bilməz ki, imtahanda asan suallar olmayıb. Riyaziyyat, xarici-dil, ədəbiyyat və digər fənlərdən asan suallar olub. Təbii ki, orta və çətin tapşırıqlar da imtahanda düşüb".
Oxşar xəbərlər
Ali məktəb və kolleclərə sənəd qəbulu başlayır
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanır. Bu barədə BAKU.WS-ə Dövlət İmtahan...
