"Bu yoldan üzü o tərəfə ölümdür..."
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Rasim Məmmədov küçəsi, 8-ci döngədə yolun sonunda uçurum var. Ərazidə isə sürücüləri təhlükə barədə xəbərdar edən hər hansı nişan quraşdırılmayıb.
BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlər bildirirlər ki, xüsusilə gecə saatlarında yolu tanımayan sürücülər üçün bu vəziyyət ciddi təhlükə yarada bilər.
Həmin ünvanda yaşayan sakinlərin sözlərinə görə, ərazidə təhlükə uzun müddətdir hökm sürür. Onlar deyirlər ki, sakinlərdən biri tərəfindən 2 gün öncə küçənin sonundakı yerə təhlükəsizlik üçün torpaq da tökülüb.
Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, məsələ diqqətə götürülüb. Yaxın müddət ərzində aidiyyəti qurum tərəfindən xəbərdaredici nişanın və təhlükəsizlik baryerinin quraşdırılması təmin edilərək məsələ öz həllini tapacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...