Bu şəxslərin pensiyası 600-700 manat olub

Bu şəxslərin pensiyası 600-700 manat olub
Sosial 5328

Azərbaycanda ali təhsil stajına görə pensiyası artan şəxslərin sayı məlum olub.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev məlumat verib.

Onun sözlərinə görə, 800 nəfərin pensiyasına ali təhsilin staja daxil edilməsi həyata keçirilib: “Həmin şəxslərin əmək pensiyası aylıq olaraq 20-25 manat artıb. Bu şəxslərin hər birinə də keçmiş dövr üzrə 600-700 manat fərq məbləği hesablanıb və hazırda da ödənilir”.

DSMF rəsmisi bildirib ki, stajın daxil edilməsi həmin şəxslərin bəzilərinin pensiya hüquqlarını təmin etməyə imkan verir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Əmək pensiyaları ilə bağlı qanun dəyişdirilir

Əmək pensiyaları ilə bağlı qanun dəyişdirilir

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.BAKU.WS “Report”a istinadən xəbərinə gör...

3766 Sosial 17:33 27 noyabr 2018

Son xəbərlər