Bu şəhərdə ictimai nəqliyyatda nağdsız ödəniş sisteminə KEÇİR - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Hazırda paytaxtda sərnişin daşımalarını həyata keçirən daşıyıcı subyektlərdə gediş haqqının nağdsız şəkildə ödənilməsini təmin edən yeni ödəniş sisteminə keçid sürətləndirilib. Bu proses təkcə Bakı ilə məhdudlaşmır – ölkənin digər şəhər və rayonlarında da ictimai nəqliyyatda nağdsız ödənişin tətbiqi nəzərdə tutulur.
Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, Gəncə şəhərində də bu istiqamətdə ciddi addımlar atılır. Artıq şəhərin marşrut şəbəkəsi yenidən formalaşdırılıb.
Qurumdan bildirilib ki, hazırda Gəncədə ictimai nəqliyyatın yenilənməsi prosesi aparılır. Bu çərçivədə yaxın vaxtlarda yeni nağdsız ödəniş sisteminin tətbiqinə başlanacaq.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...