Bu qurumların əməkdaşları ezamiyyə qaydalarında istisna hüququ əldə etdi

Bu qurumların əməkdaşları ezamiyyə qaydalarında istisna hüququ əldə etdi
Sosial 39

Maliyyə Nazirliyi "İşçilərin Ezamiyyə Qaydaları"nda dəyişiklik edib.

BAKU.WS xəbər verir ki, qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarına ezamiyyə qaydaları ilə bağlı istisna tətbiq olunacaq.

Bununla yanaşı, Maliyyə Nazirliyinin Aparatının Uçot siyasəti şöbəsinə qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunması tapşırılıb.

Sənəd Reyestrə daxil edildikdən sonra 72 saat ərzində rəsmi dövri mətbuatda dərc ediləcək, AZƏRTAC-ın informasiya ehtiyatında və Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər