Bu qız oğlan geyimləri geyinərək küçədəki təhlükədən qorunur - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“SOS uşaq kənd”ində böyüyüb Vüsalə. 3 yaşı olarkən valideynləri tərəfindən tərk edilib. Ailədə 3 uşaq olublar. Bacı-qardaşları ilə ayrı düşən qızcığac dövlət tərəfindən himayəyə götürülüb.
2017-ci ildə valideynlərini tapsa da onu qəbul edən olmayıb. O, oğlan geyimləri geyinərək özünü oğlanlara bənzədir. Bu geyim tərzini özünü küçədəki təhlükədən qorumaq üçün yaratdığını deyir. İlk görüşdən insanlar onu oğlana bənzədir. Uşaq evindən çıxandan sonra çox ağır həyat yaşamağa başlayıb. Dolanmaq üçün müxtəlif yerlərdə çalışıb. Həmin iş yerlərində onu işlədib zəhmətinin qarşılığını ödəməyənlərdən də danışdı Vüsalə.
Hazırda Vüsalə çay evində çalışır. Ona oğlan geyimində burada çalışmağın rahat olduğunu deyir.
Daha ətraflı BakuTv-nin xüsusi buraxılışında.
Oxşar xəbərlər
Azərbaycanda internetə qoyulan məhdudiyyət nə zaman aradan qaldırılacaq? – RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ermənistanın törətdiyi genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə...