Bu qışın ən soyuq günü gözlənilir

Bu qışın ən soyuq günü gözlənilir
Sosial 379

Fevralın ikinci yarısında artıq üçüncü dəfədir ki, havanın dəyişəcəyi proqnozlaşdırılır.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın BAKU.WS-ə verdiyi məlumata görə, bu dəfə Arktik hava kütlələri birbaşa şimaldan cənuba istiqamətlənərək Azərbaycanı əhatə edəcək.

Hazırda Mərkəzi Rusiyada havanın temperaturu normadan 10-15 dərəcə aşağı olmaqla 25-30 dərəcə şaxta qeydə alınır.

Soyuq antisiklonun təsiri fevral ayının 23-ü axşam ölkənin əvvəlcə şimal və şərq rayonlarında özünü göstərəcək və daha çox qarın həmin rayonlara yağacağı gözlənilir. Qarlı və güclü küləkli hava şəraiti çovğuna səbəb olacaq, yollar buz bağlayacaq.

Mərkəzi Rusiya üzərində olan antisiklonda atmosfer təzyiqi 780 mm civə sütunu təşkil edir. Atmosfer təzyiqinin Bakıda xeyli yüksəlməsi meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Bu qış dövrünün ən soyuq gününün fevralın 24-də olacağı gözlənilir. Belə ki, havanın temperaturu Abşeronda mənfi 4-5 dərəcə olarsa, bu, çoxillik normadan 7-8 dərəcə aşağı deməkdir.

Qışın bu soyuq və əlverişsiz gününə hazırlıqlı olaq.

Oxşar xəbərlər

Bakıya qar nə vaxt yağacaq? - Ekologiya Nazirliyi açıqlama verdi

Bakıya qar nə vaxt yağacaq? - Ekologiya Nazirliyi açıqlama verdi

Bu qış da Bakı sakinləri qar üzünə həsrət qalıb. Baxmayaraq ki, hava soyuq və yağıntılı keçir, qar həvəskarlarının gözləri hələ də yoldadır. Bəs paytaxta nə vax...

29733 Sosial 11:21 13 yanvar 2021

Son xəbərlər