Bu peşələr dünyada çox da SEVİLMİR - STATİSTİKA

Bu peşələr dünyada çox da SEVİLMİR - STATİSTİKA
Sosial 74

Dünyada insanların ən çox hansı peşə sahiblərinə mənfi münasibət göstərdiyi məlum olub. Beynəlxalq sorğular bir sıra sahələrdə etimadın kəskin aşağı olduğunu ortaya çıxarıb.

BAKU.WS xəbər verir ki, Ipsos-un 2024-cü il "Global Trustworthiness Index" araşdırmasına görə, həkimlər, elm adamları və müəllimlər ən çox etibar edilən peşələr hesab olunur. Siyasilər isə etimad siyahısının sonunda qərarlaşıb. Eyni sorğuda sosial media təsirçiləri (influencerlər) də ən az etibar olunan peşə qruplarından biri kimi qeyd edilib.

Böyük Britaniyada keçirilən analoji sorğu siyasətçilərdən sonra jurnalistlər, bank işçiləri, avtomobil və əmlak satıcıları, eləcə də telemarketinq nümayəndələrinin də ən az bəyənilən peşələr sırasında olduğunu göstərib.

Mütəxəssislər bu sahələrə inamın azalmasını şəffaflığın zəifliyi, qazanc məqsədinin ön planda olması və məlumat manipulyasiyası ilə izah edir.

Araşdırmalar ümumilikdə siyasət, sosial media təsirçiliyi, satış sektoru və bank sahəsində çalışanların insanların ən az etibar etdiyi peşə sahibləri olduğunu təsdiqləyib.

Son xəbərlər