Bu nazirlik bir ildə şəhid ailələri və müharibə əlillərinə 38 min dövlət xidməti göstərdi

Bu nazirlik bir ildə şəhid ailələri və müharibə əlillərinə 38 min dövlət xidməti göstərdi
Sosial 70

“Bir il ərzində 31 min şəhid ailəsi, müharibə əlilli, müharibədə yaralanmış əsgərlərimizə, vətəndaşlarımıza təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 38 min dövlət xidməti göstərilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, digər qurumlar da 10 minlərlə insana öz dəstəklərini göstərib, onlara təyin olunan bütün sosial ödənişlərin keyfiyyətli icrası təmin olunub: “Cənab Prezidentin məhz ötən ilin son günlərində xüsusi sərəncamı oldu. Şəhid ailələrinin, müharibə əlillərinin müavinət və təqaüdlərinin ciddi şəkildə artırılması qərarı verildi. Bunun nəticəsində orta hesabla şəhid ailələri, müharibə əlillərinin verilən təqaüdlər 2 dəfə artırıldı. Bu təqaüdlərin vaxtında təyin olunması istiqamətində ciddi işlər aparılırdı. Bu günədək təqribən 17 min vətəndaşımıza müavinət, təqaüdlər təyin edilib. Digər tərəfdən, şəhid ailələri, müharibə əlillərinin mənzillə, evlə təminat proqramı ciddi şəkildə genişləndirildi. Bilirsiniz, cənab Prezident bununla bağlı 2 sərəncam imzaladı. Təkcə bu il 3 min ailəyə mənzilin, fərdi evin verilməsi üçün tapşırıqlar verildi”.

S.Babayevin sözlərinə görə, artıq 1700 şəhid ailəsinə və müharibə əlillinə bu evlər verilib: “Digər sosial cəhətdən həssas kateqoriyadan olan insanları əlavə etdikdə artıq 2 mindən çox ailəyə bu evlər təqdim olunub. Digər tərəfdən, müharibə qazilərimiz üçün avtomobillə təminat proqramı davam edir. Cari ildə artıq 144 avtomobil Vətən müharibəsində yaralan qazilərimizə verilib”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu ailələrə mənzillər təqdim edildi - FOTO

Bu ailələrə mənzillər təqdim edildi - FOTO

Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə...

240 Sosial 15:37 24 dekabr 2020

Son xəbərlər