Bu meyvələrin çəyirdəkləri zəhərlənməyə səbəb ola bilər

Bəzi meyvələrin çəyirdəkləri sağlamlıq baxımından faydalı ola bilər, lakin bu hal də bütün meyvələrin çəyirdəyi üçün keçərli deyil.
BAKU.WS xəbər verir ki, bəzi meyvələrin çəyirdəyi zərərli və zəhərli ola bilər. Çəyirdəyi faydalı olan meyvələr aşağıdakılardan ibarətdir:
Üzüm çəyirdəyi
Güclü antioksidantlar (proantosiyanidinlər) ehtiva edir. Qan dövranını yaxşılaşdırır, dərini qocalmadan qoruyur.
Nar çəyirdəyi
Lif və antioksidantla zəngindir. Bağırsaq sağlamlığı üçün faydalıdır. Amma bəzilərinə sərt gəlir.
Qarpız çəyirdəyi
Sink, maqnezium və dəmir kimi minerallarla zəngindir. Qovrulub yeyilməsi daha faydalıdır.
Papaya çəyirdəyi
Papaya məhdud miqdarda faydalıdır. Antibakterial xüsusiyyətləri var. Amma acı olduğu üçün çox istifadə edilməməlidir.
Zərərli və ya təhlükəli çəyirdəklər: Alma, armud, gavalı, ərik, şaftalı çəyirdəkləridir.
Bu meyvələrin çəyirdəklərində amigdalin adlı maddə var. Orqanizmdə siyanidə çevrilir, zəhərlənməyə səbəb ola bilər. Az miqdarda təsir etməyə bilər, amma çox yemək təhlükəlidir.
Albalı və vişnə çəyirdəyi
Eynilə, siynaid tərkiblidir. Qətiyyən çeynəyib udmaq olmaz.
Oxşar xəbərlər
Bakıdakı binaların istilik sistemləri sınaq yoxlanışından keçiriləcək
"Azəristiliktəchizat" ASC Bakıda 2025–2026-cı illər payız-qış mövsümünə hazırlıq çərçivəsində istilik sistemlərinin sınaq yoxlanmasını həyata keçirəcək. BAKU.WS...