Bu kəndinin sakinləri çirkli çaydan su içməyə məcburdular - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Daşkəsən rayonunun Bayan kənd sakinləri içməli suyun olmamasından şikayətlərinlər.
Daha dəqiq desək, sakinlər məişət tullantılarının atıldığı çayın suyundan istifadə etməyə məcbur olurlar.
Sözügedən ərazidə artıq 20 ildən çoxdur ki, Kəlbəcər rayonundan məcburi köçkün düşən təxminən 40-a yaxın ailə yaşayır. Sakinlər ərazidən axan çay ilə içməli suya olan tələbatlarını qarşılayırlar. İnsanları narahat edən əsas problem də məhz budur.
Ərazidən keçən yeganə su mənbəyinin məişət tullantıları içərisində itib-batması bu insanları acınacaqlı vəziyyətə qoyur.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Məcburi köçkünlər bu hallarda aylıq müavinət ala bilməz - RƏSMİ
“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23...