Bu kənd və qəsəbələrdə işıqla bağlı YENİLİK - 14,8 milyonluq LAYİHƏ
30
yan
2026
18:45
"Azərişıq" ASC Naxçıvan Muxtar Respublikasının bir neçə yaşayış məntəqəsində elektrik infrastrukturunu yenidən quracaq.
BAKU.WS-in məlumatına görə, layihə Naxçıvan şəhərinin Qaraçuq qəsəbəsini, eləcə də Babək rayonunun Nəzərabad–Dividar, Ordubad rayonunun Dəstə, Şahbuz rayonunun Kükü və Kəngərli rayonunun Təzəkənd–Xıncab kəndlərini əhatə edəcək.
Layihənin ehtimal olunan dəyəri 14 milyon 858 min manat təşkil edir.
Qeyd edək ki, məqsəd kənd və qəsəbələrdə elektrik təsərrüfatını yeniləmək, itkiləri azaltmaq və əhalinin fasiləsiz enerji təchizatını təmin etməkdir.
Oxşar xəbərlər
Skuter sürənlərin NƏZƏRİNƏ - Bu halda CƏRİMƏLƏNƏCƏKLƏR
Son illərdə şəhər küçələrində səssizcə sürətlə yayılan bir nəqliyyat vasitəsi var – elektrik skuterləri. Rahatlığı və operativliyi ilə diqqət çəkən bu vasitələr...