Bu iyrənc yerdə hazırlanan süd məhsulları almayın - FOTO
08
fev
2019
17:13
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Abşeron rayonunda reyd keçirib.BAKU.WS report-a istinadən xəbər verir ki, Mehdiabad qəsəbəsində antisanitar vəziyyətdə kustar üsulla hazırlanaraq qablaşdırılan küllü miqdarda süd və süd məhsulları aşkar edilib. Məlum olub ki, vətəndaş Nicat Həmidova məxsus REAL QRUP MMC-yə məxsus müəssisədə "Qazax" kənd məhsulları adı altında süd və süd məhsulları istehsal olunur. Hazır məhsullar isə gizli yolla kənd təsərrüfatı malları yarmarkalarında satışa çıxarılır.Reyd zamanı müəssisədə "Hilal su" adı altına satışa çıxarılan hazır sular da aşkarlanıb.Qeyd edək ki, araşdırmaların yekunu olaraq müəssisənin fəaliyyətinin məhdudlaşdırılacağına dair qərar qəbul ediləcək.BAKU.WS
Oxşar xəbərlər
Qida təhlükəsizliyi qeydiyyatından keçməyən 50-ə yaxın obyekt cərimələnib
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi qeydiyyatından keçməyən sahibkarlıq subyektlərinin qanunsuz fəaliyyətinin qarşısını almaq üçün monitori...