Bu ilin yeddi ayında sosial müavinətlər və Prezident təqaüdləri üzrə ödənilən məbləğ açıqlandı

Bu ilin yeddi ayında sosial müavinətlər və Prezident təqaüdləri üzrə ödənilən məbləğ açıqlandı
Sosial 50

Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 500 min nəfərə sosial müavinət, 405 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 655 milyon manat, Prezident təqaüdləri üzrə 415 milyon manat ödənilib.

Cari ilin 7 ayında 94 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 816 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Son xəbərlər