Bu ilin birinci yarısında Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 20 % azalıb
Bu ilin 6 ayı ərzində respublika ərazisində ümumilikdə 7334 təbii və texnogen mənşəli hadisə qeydə alınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 2025-ci ilin I yarımilliyi ilə müqayisədə 1864 hadisə və ya 20 % azdır.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 28 nəfər həlak olub.
133 nəfər xəsarət alıb ki, bu da 2025-ci ilin I yarımilliyi ilə müqayisədə həlak olanların sayının 8 nəfər və ya 22 % azalması, xəsarət alanların sayının isə 1 nəfər və ya 1 % artması deməkdir.
Hesabat dövründə Nazirliyin xilasediciləri tərəfindən 19 nəfər xilas edilib, 983 nəfər təxliyə olunub.
Oxşar xəbərlər
Kamran Əliyev Şəkidə vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev avqustun 25-də, saat 10:00-da Şəki rayon prokurorluğunun inzibati binasında Şəki, Oğuz, Qəbələ rayon və Mingəçevir şəhər sakinlərinin...