Bu il məktəbəqədərdə oxuyan uşaqların yeməyi üçün 9,9 milyon manat ayrıldı
Elm və Təhsil Nazirliyi 2026-cı il ərzində özünün birbaşa tabeliyində olan bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların yeməklə təmin edilməsi üçün satınalma elan edib.
BAKU.WS-in nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsindən əldə etdiyi məlumata görə, 5–6 yaş qrupuna aid uşaqlar üçün gündəlik yemək rasionu təşkil olunacaq.
Müsabiqənin ehtimal olunan dəyəri 9 milyon 871 min manat təşkil edir. Xidmət 2026-cı il ərzində göstəriləcək və səhər yeməyi, ikinci səhər yeməyi, nahar, günorta yeməyi, şam və ikinci şam yeməyini əhatə edəcək.
Qeyd edək ki, sözügedən yeməklər dövlət hesabına təhsil alan uşaqların qidalanmasının təmin edilməsi məqsədi daşıyır və proses tender yolu ilə seçiləcək icraçı şirkət tərəfindən həyata keçiriləcək.
Oxşar xəbərlər
Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB
Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər. BAKU.WS xəbər verir...