Bu il Azərbaycanda daxili səfərlərin sayının 25 milyona yaxınlaşacağı proqnozlaşdırılır
Əgər 2024-cü ildə Azərbaycanda daxili səfərlərin sayı 23 milyon olubsa, bu il göstəricinin 25 milyona yaxınlaşacağı proqnozlaşdırılır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Kənan Quluzadə bildirib.
"Bu səfərlərin təxminən 40 %-i yay mövsümünə düşür. Yəni 1 milyon səfər məhz iyun-sentyabr aylarında reallaşır", - deyə o qeyd edib.
K. Quluzadənin sözlərinə görə, yay mövsümü həm yerli, həm də xarici turistlər üçün pik dövr sayılır: "Azərbaycana gələn xarici turistlər məhz iyun-avqust aylarını seçir. 7 ay ərzində Azərbaycana 1 milyon 478 minə yaxın xarici vətəndaş səfər edib. Avqustun yekununda bu rəqəmin 1,7 milyonu keçəcəyi gözlənilir".
Oxşar xəbərlər
Rəqəmsal islahatların yeni mərhələsi: Yeniliklər vətəndaşa nə verəcək?
Gələn ildən etibarən Azərbaycan vətəndaşları şəxsi məlumatlarının istifadəsinə daha şəffaf və nəzarətli şəkildə baxa biləcəklər. Rəqəmsal islahatların yeni mərh...