Bu həftə səsvermə vəsiqələrinin MSK-dan dairə seçki komissiyalarına verilməsi yekunlaşır
Bu həftə bələdiyyə seçkiləri ilə bağlı səsvermə vəsiqələri Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına veriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiqlədiyi "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda əksini tapıb.
Seçki Məcəlləsinə əsasən, MSK səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrini səsvermə gününə azı 45 gün qalanadək DSK-lara verməlidir.
Təqvim Planında bu tarix 2024-cü il dekabrın 15-dək nəzərdə tutulub.
Oxşar xəbərlər
Paytaxtın hansı küçələrində sıxlıq var?
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarə...