Bu halda yaşayış yerini SMS-siz tərk etməyə icazə veriləcək

Bu halda yaşayış yerini SMS-siz tərk etməyə icazə veriləcək
Sosial 4246

2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyətləri tətbiq ediləcək.

Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı şəxslərin yaşayış yerini və olduğu yeri SMS göndərmədən və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə icazə almadan tərk etmək hüququ var:

1. həyat və sağlamlığına bilavasitə təhlükəli vəziyyət yarandıqda;

2. məhkəməyə və ya hüquq-mühafizə orqanlarına çağırıldıqda (məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırılmasına dair sənəd əsasında).

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər