Bu gündən məktəblərdə 7 günlük tətil başlayır
01
may
2023
08:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gündən ümumi təhsil pilləsinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üçün əlavə yaz tətil günləri başlayır.
BAKU.WS xəbər verir ki, Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarının 2.5.3-cü yarımbəndinə əsasən tətil 1-5 may tarixlərini əhatə edir.
6 may şənbə, 7 may isə bazar gününə təsadüf etdiyindən, məktəbəhazırlıq qrupları və ibtidailər üçün tətildən sonra ilk dərs günü mayın 8-də olacaq.
Oxşar xəbərlər
Sabah ibtidai siniflərdə payız tətili başlayır
Sabah ibtidai siniflərin 2021-2022-ci tədris ili üzrə payız tətili başlayır. Payız tətili noyabrın 22-dək davam edəcək. BAKU.WS xəbər verir ki, bu, Azərbaycan R...