Bu gün Rafael Dadaşovun anım günüdür

Bu gün Rafael Dadaşovun anım günüdür
Sosial 78

Bu gün Azərbaycanın Xalq аrtisti, teatr və kino aktyoru, "Şöhrət" ordeni laureatlı mərhum sənətkar Rafael Dadaşovun anım günüdür.

BAKU.WS xatırladır ki, Rafael Dadaşov 1946-cı il yanvar ayının 4-də Zaqatala rayonunda anadan olub.

O, 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1976-cı ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışan aktyor bu sənət ocağının səhnəsində dünya və milli dramaturgiya nümunələri əsasında hazırlanmış tamaşalarda müxtəlif xarakterli yaddaqalan dramatik və tipik obrazlar yaradıb.

R.Dadaşovun çəkildiyi "Var olun, qızlar", "Yarımçıq qalmış serenada", "Bəxt üzüyü", "Mənim ağ şəhərim" bədii filmləri, həmçinin "Mehmanxana sahibəsi", "Səni axtarıram", "Bağışla", "Yollar görüşəndə", "Topal Teymur", "Ordan-burdan", "Mənim günahım", "Göz həkimi" və s. televiziya tamaşaları onun şöhrətinə şöhrət qatıb.

Yaradıcılıq uğurları yüksək qiymətləndirilən sənətkar 1987-ci ildə "Əməkdar artist", 2006-cı ildə "Xalq artisti" fəxri adlarına, 2019-cu ildə "Şöhrət" ordeninə layiq görülüb. 2008-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti, Prezident təqaüdçüsü Rafael Məlik oğlu Dadaşov 2020-ci il mart ayının 16-da, ömrünün 74-cü ilində vəfat edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu gün Ağasadıq Gəraybəylinin doğum günüdür

Bu gün Ağasadıq Gəraybəylinin doğum günüdür

Bu gün Xalq artisti Ağasadıq Gəraybəylinin doğum günüdür. BAKU.WS xəbər verir ki, Ağasadıq Ağaəli oğlu Gəraybəyli 15 mart 1897-ci ildə Şamaxıda bəy ailəsində an...

124 Sosial 09:37 15 mart 2023

Son xəbərlər