Bu gün kinomuzun "Nəsimi"si, Xalq artisti Rasim Balayevin doğum günüdür
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Xalq artisti Rasim Balayevin doğum günüdür.
BAKU.WS xəbər verir ki, Rasim Əhməd oğlu Balayev 1948-ci ildə Ağsu rayonunda anadan olub.
O, 1965-ci ildə Ağsuda orta məktəbi, 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanıb.
"Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən teatr studiyasında da çalışıb.
Böyük və çətin rollardan əlavə, Rasim Balayev kiçik rollar da oynayıb. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün, gecəyarısı" kimi filmlərdə o, epizodik rollar oynayıb. "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilib.
Xalq artisti Rasim Balayev 29 mart 2026-cı ildə İstanbulda yerləşən "Memorial" xəstəxanasında dünyasını dəyişib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.
Oxşar xəbərlər
14 yaşlı qızın faciəvi taleyi: Sığınacaqda ilk dəfə əlifbanı öyrənir
Atasını itirdikdən sonra anası ilə yaşamağa başlayan 14 yaşlı qızın anasının yenidən ailə qurmasından sonra zorakılığa məruz qaldığı iddia olunur. BAKU.WS xəbər...