Bu gün BAKU.WS-in yaranmasından 22 il keçir
Bu gün - 5 yanvar tarixində BAKU.WS-in fəaliyyətə başlamasından 22 il keçir.
Kiçik kollektiv və məhdud imkanlarla yoluna başlayan BAKU.WS, qısa müddətdə Azərbaycan internet mediasında öz yerini tutmağı bacarıb. Operativlik, dəqiqlik və peşəkarlıq saytın əsas üstünlükləri olub və bu xüsusiyyətlər oxucuların etibarını qazandırıb.
Bu gün BAKU.WS Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən, ölkənin ən çox oxunan və güvənilən xəbər saytlarından biridir. Burada ölkədə və dünyada baş verən siyasi, sosial, iqtisadi, mədəni və idman hadisələri operativ və aydın dildə oxuculara təqdim olunur.
22 il ərzində BAKU.WS daim eksklüziv xəbərləri ilə seçilib və etibarlı xəbər mənbəyi statusunu qoruyub saxlayıb. Xüsusilə Vətən müharibəsi dövründə komanda böyük məsuliyyətlə çalışaraq, rəsmi mənbələrə əsaslanan dəqiq məlumatları oxuculara çatdırıb və qələbələrimizi qürurla işıqlandırıb.
Bu il BAKU.WS-in 5 əməkdaşı Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə təsis olunan "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı ilə təltif edilib.
BAKU.WS sosial mediada da güclü mövqeyə malikdir. Xüsusilə Instagram səhifəsi Azərbaycanın ən çox oxunan xəbər səhifələrindən biridir. Səhifənin izləyici sayı 1,5 milyona yaxındır, paylaşımlar isə ay ərzində 300-450 milyona yaxın baxış toplayır. Bu rəqəmlər oxucuların BAKU.WS-ə olan etibarının göstəricisidir.
22 ildə qazanılan uğurlar, mükafatlar və oxucu sevgisi BAKU.WS-i Azərbaycanın aparıcı media qurumlarından birinə çevirib. BAKU.WS komandası oxucuların etimadını doğrultmaq üçün bundan sonra da eyni əzmlə yoluna davam edəcək.
Oxucuların etibarı bizim üçün ən vacibdir!
Oxşar xəbərlər
Azərbaycanda son 5 ildə bu çaylar QURUYUB – AÇIQLAMA
Son illər Azərbaycanda iqlim dəyişmələrinin təsiri nəticəsində bəzi çaylarda yay mövsümündə suyun azalması, bəzən isə tam quruma halları müşahidə olunur. Azərba...