Bu gün Bakıya QAR YAĞACAQ: şaxta, güclü külək olacaq - VİDEO

Bu gün Bakıya QAR YAĞACAQ: şaxta, güclü külək olacaq - VİDEO
Video
Sosial 2298

Fevralın 10-da Bakıda və Abşeron yarımadasında fasilələrlə qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə bildirilib ki, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° şaxta, gündüz 1-3° isti olacaq.

Bakıda gecə 2-4° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə və gündüz 75-85% olacaq.

Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq. Yolların buz bağlama ehtimalı var.

Oxşar xəbərlər

Bakıya qar yağdı, yolları buz bağladı - VİDEO

Bakıya qar yağdı, yolları buz bağladı - VİDEO

Ötən gün gecə saatlarından başlayaraq Bakıda hava şəraiti kəskin dəyişib. BAKU.WS xəbər verir ki, paytaxtın bəzi yerlərinə qar və sulu qar yağıb. Qeyd edək ki,...

2565 Sosial 10:09 09 fevral 2020

Son xəbərlər