Bu gün Bakının 550 küçəsi yuyulub - FOTO

Bu gün Bakının 550 küçəsi yuyulub - FOTO
Foto
Sosial 131

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə bu gün, iyunun 22-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə paytaxtda təmizlik və abadlıqla bağlı növbəti genişmiqyaslı daxili ümumşəhər iməcliyi keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 550 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib, çoxsayda rəngbərəng güllər əkilib.

Paytaxtın bütün rayonlarını əhatə edən iməclik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olmuşdur.

Oxşar xəbərlər

Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTO

Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTO

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, may ayının 25-də paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməcliyi keçirilib. BAKU.WS xəbər verir ki,...

56 Sosial 14:28 25 may 2024

Son xəbərlər