Bu gün 4 rayonda qaz olmayacaq - SİYAHI

25
sen
2019
09:45
Bu gün bir neçə rayonda qaz təchizatı məhdudlaşdırılacaq."Azəriqaz" İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, səhər saat 09:00-dan etibarən işlər başa çatanadək “Qaz İxrac” İdarəsinin balansında olan kəmərlərdə bir sıra təmir işləri ilə bağlı Sabunçu rayonunun Maştağa, Savalan qəsəbələri, Bağlar, Albalılıq bağ massivləri, Kanal qırağı ərazi, eləcə də Xəzər rayonu, Buzovna qəsəbəsi, Atçılıq yaşayış massivlərinin qaz təchizatına məhdudiyyətlər qoyulub.Eyni zamanda, səhər saat 09:00-dan etibarən aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi ilə bağlı Xaçmaz şəhərində bir qrup abonentin qaz verilişində fasilələr yaranıb.Zəlzələdən sonra tikintisi başa çatdırılmış evlərin qaz sayğaclarının qaz şəbəkəsinə birləşdirilməsi işlərinin icrası ilə bağlı Ağsu rayonunun bir neçə yaşayış məntəqəsində də qaz təchizatı dayandırılıb.
Oxşar xəbərlər
Bu ərazilərdə qaz olmayacaq
“Azəriqaz” İstehsalat Birliyində 2019-2020-ci ilin payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir.İB-dən BAKU.WS-ə verilən məlumata görə, Sumqayıt şəhərini...
